14.11.2019

“Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilib

Şuşa rayonunun ümimi  təhsil məktəblərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin  3 iyul 2019-cu il tarixli, F-408 nömrəli əmrlə təsdiq edilmiş  Tədbirlər Planının  5-ci bəndinin icrası ilə əlaqədar  “Əhməd bəy Ağaoğlunun  150 illik yubileyinə həsr olunmuş  tədbirlər keçirilib.

Rayonun  1, 6, 7, 12 və Malıbəyli kənd 1 nömrəli tam orta məktəblərində keçirilən tədbirlərdə şagirdlərə “Əhməd bəy Ağaoğlu haqqında nə bilirik” mövzusunda dəyirmi masalar təşkil edilmiş, görkəmli şəxsiyyətin həyat və yaradıcılığı, onun Azərbaycan Xalq Cümhuriyyətindəki fəaliyyəti, həmçinin  “Difai “ təşkilatının yaradılmasındakı rolundan, ədəbi və ictimai fəaliyyətindən, İslam və milliyətçiliklə bağlı düşüncələrindən danışıblar.

Sonda ədibin həyat və fəaliyyətini əks etdirən slayd şagirdlərə təqdim olunub.


Açar sözlər: ,  ,  ,  ,