15.11.2019

“Diaqnostik və formativ qiymətləndirmənin imkanlarından səmərəli istifadə” mövzusunda dəyirmi masa keçirilib.

Şuşa Rayon Təhsil Şöbəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin  30 avqust  2019-cu il tarixli, F-531 nömrəli əmri ilə təsdiq edilmiş   4.6-cı bəndinin icrası ilə əlaqədar  dəyirmi masa keçirilib.

Dəyirmi masa 2 nömrəli tam orta məktəbin direktoru Nigar Eyvazova tərəfindən aparılıb.

Dəyirmi masada diaqnostik və formativ qiymətləndirmədə istifadə olunan üsul və vasitələr, tapşırıqların hazırlanması, nəticələrin təhlili və qiymətləndirmənin nəticələrindən istifadə mövzusunda geniş müzakirələr aparılıb.

Müəllimlərin səriştəliyini artırmaq üçün əlavə məlumatlar verilib və seminarda iştirak edən müəllimlər öz təcrübəsini bölüşmüş, qarşılıqlıfikir mübadiləsi aparılıb.


Açar sözlər: ,  ,