26.11.2019

"Narkomaniyaya yox deyək"  adlı tədbirlər davam edir

Şuşa rayonunun 1, 6 və 8 nömrəli məktəblərində "Narkomaniyaya yox deyək" adlı  tədbirlər keçirilib.

Tədbir iştirakçıları  narkomaniyanın zərərli vərdişləri, bu bəlanın qlobal miqyasda cavanlaşması, onun acınacaqlı, faciəli nəticələri haqqında geniş məlumat veriblər.

 Mövzu ilə əlaqədar videoçarxlar nümayiş etdirilib və şagirdləri maraqlandıran suallara ətraflı cavablar verilib.


Açar sözlər: ,  ,  ,  ,