28.11.2019

Akademik Məmməd Cəfər Cəfərovun 110 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilib

Şuşa rayonunun ümimi  təhsil məktəblərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin  03 iyul 2019-cu il tarixli F-409 nömrəli əmrlə təsdiq edilmiş  Tədbirlər Planının   icrası ilə əlaqədar  Akademik Məmməd Cəfər Cəfərovun  110 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilib

Rayonun  3, 7, 10,  və Malıbəyli kənd 1 nömrəli tam orta məktəblərində keçirilən tədbirlərdə şagirdlərə Akademik  Məmməd Cəfər Cəfərovun  elmi və ictimai fəaliyyətinə dair dəyirmi masalar təşkil edilmiş, onun pedaqoji sahədə uzun müddət uğurla çalışan və qiymətli dərsliklər müəllifi olan alim, həmçinin elmi kadrların hazırlanması istiqamətində təqdirəlayiq fəaliyyətindən danışıblar.

Sonda alimin həyat və fəaliyyətini əks etdirən slayd şagirdlərə təqdim olunub.


Açar sözlər: ,  ,  ,  ,  ,