29.11.2019

Kamil Musəvi ilə görüş keçirilib

          Şuşa rayon Malıbəyli kənd 1 nömrəli tam orta məktəbdə   2015-ci il 2-5 aprel döyüşləri zamanı qəhrəmancasına döyüşən və bu yolda bir gözünü və ayağını itirmiş gənc baş leytenant Kamil Musəvi ilə  görüş keçirilib.

Tədbirdə  Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini  Vüsalə Fətəliyeva, Malıbəyli kənd İcra Nümayəndəsi Əmirxan Qarayev, Mənzil İstismar Sahəsinin rəisi Vaqif Hacıyev iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin  oxunması ilə başlayıb. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə məktəbin şagirdləri qəhrəmanlarımızın ruh dünyası ilə səsləşən mahnılar və şeirlər söyləyiblər.

Aprel döyüşlərində xüsusi qəhrəmanlıq göstərmiş Kamil Musəvi bu döyüşləri qələbə kimi xarakterizə edərək torpaqlarımızın bir qismini işğaldan azad edildiyindən, tariximizi unutmamaqdan və onu daim yaşatmaqdan danışıb.

Kamil Musəvi şagirdlərin suallarına dolğun cavab verərək onlarda vətənpərvərlik hissini daha da gücləndirib.

            Tədbirdə qəhrəmanın həyatını əks etdirən videoçarx nümayiş etdirilib və sonda xatirə şəkli çəkdirilib.


Açar sözlər: ,  ,  ,  ,