05.12.2019

I dərəcəli diplomla təltif olunub

Şuşa şəhər 2 nömrəli tam orta məktəbin X sinif şagirdi Hüseynzadə Tuqay Müşfiq oğlu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkil etdiyi “Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının IV Respublika müsabiqəsi” ndə yüksək səviyyədə çıxışına görə I dərəcəli diplomla təltif olunub.

Bu, Tuqayın ilk uğuru deyil. O bundan əvvəl də bir sıra beynəlxalq və yerli müsabiqələrdə iştirak etmiş, uğur qazanmışdır.

Belə ki,  Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş III Respublika müsabiqəsində uğurlu çıxışına görə Fəxri fərman,  Bülbülün anadan olmasının 120 illik yubileyinə həsr olunmuş tədbirlərdə diplom və Fəxri fərman, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkil etdiyi müsabiqələrdə diplomlarla, Bakıda və Sank Peterburqda təşkil olunmuş beynəlxalq səviyyəli müsabiqələrdə diplom və fəxri fərmanlarla təltif olunmuşdur.

Rayonun təhsil işçiləri adından şagirdimizi təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.


Açar sözlər: ,  ,