06.12.2019

Nəsiminin 650 illiyinə həsr olunan ağacəkmə aksiyası çərçivəsində məktəbin həyətyani sahəsində ağac əkiblər

Şuşa rayon Xankəndi şəhər 4 nömrəli və Malıbəyli kənd 1 nömrəli tam orta məktəblərində Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunan ağacəkmə aksiyası çərçivəsində məktəblərin həyətyani sahəsində ağac əkiblər.

Aksiyada Şuşa  Rayon İcra Hakimiyyəti başçısının müavinləri Vüsalə Fətəliyeva, Əkbər Hacıyev, Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev, müəllimlər və şagirdlər iştirak ediblər.


Açar sözlər: ,  ,  ,  ,