16.12.2019

IX sinif şagirdləri sınaq imtahanına cəlb ediliblər

Dekabrn 14-də Təhsil Nazirliyi tərəfindən Şuşa rayonunun ümumi təhsil məktəblərinin IX sinif şagirdləri sınaq imtahanına cəlb ediliblər.

İmtahan Azərbaycan bölməsi üzrə 3 fənndən (Azərbaycan dili, Riyaziyyat və İngilis dili) keçirilib.

Qiymətləndirilmə üçün ayrılan ümumi vaxt 210 dəqiqə (30 dəqiqə hazırlıq, 180 dəqiqə sualların cavablandırılması) olub.

İmtahana nəzarət, sual kitabçaları və cavab kartlarının gətirilməsi “Məktəblinin dostu” tərəfindən həyata keçirilib.


Açar sözlər: ,  ,  ,