19.12.2019

Həyat bilgisi fənnindən açıq dərs keçirilib

Dekabrn 18-də Şuşa rayon 7 nömrəli tam orta məktəbdə “Həyat bilgisi” aylığı çərçivəsində ibtidai sinif müəllimi Nəzakət Əlizadənin rəhbərliyi ilə I sinifdə   “Dövlət rəmzlərimiz” mövzusunda açıq dərs keçirilib.

Açıq dərsdə şagirdlər Azərbaycan Respublikasının dövlət himnini səsləndiriblər.

Şagirdlər dövlət atributları, himnimiz, bayrağımız və Milli Qəhrəmanlarımız haqqında məlumat veriblər.

            Açıq dərs məktəb rəhbərliyi tərəfindən müsbət qiymətləndirilib.Sonda Nəzakət Əlizadə kollektivi və şagirdləri qarşıdan gələn Həmrəylik Günü münasibətilə təbrik edib və şagirdlərə hədiyyələrini təqdim edib.


Açar sözlər: ,  ,  ,  ,