19.12.2019

“Cahana sığmayan mütəfəkkir” adlı rayon tədbiri keçirilib

Dekabrn 19-da  Şuşa  Şəhər  1 nömrəli  tam orta  məktəbdə “Cahana  sığmayan mütəfəkkir” adlı  rayon  tədbiri  keçirilib.

Tədbirdə  Şuşa  Rayon İcra  Hakimiyyətinin  başçısının  müavini  Vüsalə  Fətəliyeva,  Şuşa  Rayon Təhsil  Şöbəsinin  müdiri Təvəkkül  Əliyev, idarə,  müəssisə  rəhbərləri, şagirdlər və valideynlər  iştirak edib.

Tədbirdə  rayonun 1, 3, 6, 9, 10, 12, Malıbəyli kənd 1, Xankəndi şəhər  4 nömrəli və Quşçular  kənd tam orta məktəblərin  şagirdlərin  ifasında Nəsiminin  şeir və qəzəlləri, səhnəciklər, sözlərinə  yazılmış  mahnılar, ”Nəsimi” filmindən parçalar təqdim olunub.

EDUQrata  təhsil  mərkəzinin meneceri Rasim  Abbasov tərəfindən   layihə  çərçivəsində  hazırlanmış qələm və  qeyd  kitabçaları hədiyyə  olaraq  şagirdlərə  paylanıb.

Sonda  Vüsalə  Fətəliyeva və  Təvəkkül  Əliyev  tədbir  haqqında  öz  fikirlərini  bildiriblər.


Açar sözlər: ,  ,  ,