21.12.2019

Rayonun 6, 7, 8, 9, 10 nömrəli və Quşçular kənd məktəb rəhbərlərinin hesabatları dinlənilib

Dekabrın 21-də Bakıda yerləşən Şuşa rayon 7 nömrəli tam orta məktəbdə rayonun 6, 7, 8, 9, 10 nömrəli və Quşçular kənd məktəb rəhbərlərinin dərs ilinin prioritet fəaliyyət istiqamətləri üzrə Təhsil Nazirliyinin müvafiq əmrlərinin icra vəziyyəti ilə əlaqədar hesabat məruzələri dinlənilib.

Tədbirdə Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev, şöbənin əməkdaşları, ibtidai sinif, ana dili, riyaziyyat, ingilis dili və digər fənn müəllimləri iştirak edib.

Daha sonra təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev çıxış edərək hesabatlar barədə fikrini bildirib.

Çıxışının sonunda Təvəkkül Əliyev təhsil işçilərinə uğurlar arzulayıb.