25.12.2019

“Bilik yarışı” keçirilib

Şuşa rayon Malıbəyli kənd 1 nömrəli tam orta məktədə ibtidai sinif müəllimi Gülşən Rəhimovanın rəhbərlik etdiyi IVa sinfində Azərbaycan dili fənnindən “Bilik yarışı” keçirilib.

Yarışda şagirdlər “Məntiq”, “Ağıl”, “Bilik” və “Zəka” komandalarına bölünərək fəal iştirak ediblər.

Sonda məktəbin direktoru Günəş Hüseynova  çıxış edərək şagirdləri təbrik edib, uğurlar arzulayıb və qalib gələn “Məntiq”  komandasını diplomla təltif edib.


Açar sözlər: ,  ,  ,  ,