27.12.2019

Nümunəvi siniflər yaradılır

Şuşa rayonunun ümumi təhsil məktəblərində “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyə olunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fəaliyyət planına əsasən nümunəvi siniflər yaradılır.

Həmin nümunəvi siniflərə Azərbaycanın Milli Qəhrəmanlarının adları verilir.

Belə ki, Şuşa şəhər 18 nömrəli tam orta məktəbin III sinfinə Azərbaycanın Milli Qəhrəmanı Tabel Həsənovun adı verilmiş, sinif guşəsi yaradılmış və həyat yoldaşı Lətifə Həsənovanın iştirakı ilə təqdimat keçirilib.

Məktəbin direktoru Coşqun Babayev və Lətifə Həsənova şagirdlərə Tabel Həsənov barədə geniş məlumat veriblər.


Açar sözlər: ,  ,  ,  ,