26.12.2019

“Fövqəladə hallar uşaqların gözü ilə” IX Respublika Uşaq Yaradıcılıq Müsabiqəsinin qalibləri mükafatlandırılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında FHN-in, Təhsil Nazirliyinin birgə təşkilatçılığı və FHN işçilərinin Həmkarlar İttifaqının dəstəyi ilə məktəblilər arasında “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda IX Respublika Uşaq Yaradıcılıq Müsabiqəsi qaliblərinin sərgisi və mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə Təhsil nazirinin müavini İdris İsayev, Fövqəladə Hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, UNICEF-in ölkəmizdəki nümayəndəliyinin Təhsil şöbəsinin rəhbəri Leyla Həsənova, FHN-in müvafiq strukturlarının rəhbərləri, KİV və ictimaiyyət nümayəndələri, valideynlər iştirak ediblər.

Şuşa şəhər 1 nömrəli tam orta məktəbin V sinif şagirdi Mədinə Yasinova I yerə və 10 nömrəli tam orta məktəbin III sinif şagirdi Səma Həsənli isə II yerə layiq görülüb.

Qaliblər fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Rayonun təhsil işçiləri adından şagirdlərimizi təbrik edir, onlara gələcək fəaliyyətində uğurlar arzulayırıq.


Açar sözlər: