27.12.2019

Eksternat imtahanları keçirilib

Dekabrın 26 və 27-si tarixlərində Şuşa rayonu üzrə eksternat imtahanları keçirilib.

İmtahanda əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsini bitirə bilməyən şəxslər iştirak edib.

 Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.


Açar sözlər: