26.12.2019

“Igid vətən oğulları” adlı tədbir keçirilib.

 

“Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham  Əliyevin  Bakı  Dövlət  Universitetinin  100 illik yubileyi  münasibətilə keçirilən mərasimdəki  nitqindən irəli gələn  vəzifələrin  icrası  ilə  bağlı” Şuşa  Rayon  Təhsil  Şöbəsinin Fəaliyyət  Planınin  icrası ilə bağlı 15 nömrəli ümumi orta məktəbdə “Igid vətən oğulları” adlı tədbir keçirilib.

Tədbirdə məktəbin direktoru Nizami Şahvələdov Azərbaycan tarixində müstəsna xidmətləri olmuş, vətənin müstəqilliyi və bütövlüyü uğrunda qəhrəmanlıq və sücaət göstərmiş şəxslər haqqında geniş məlumat verib.

Tədbirin sonunda IX sinfə Azərbaycanın Milli Qəhrəmanı Ramiz Bulud oğlu Qəmbərovun adı verilmiş və  sinif guşəsi yaradılmışdır.


Açar sözlər: ,  ,  ,  ,