30.12.2019

“Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” münasibəti ilə rayon tədbiri keçirilib.

Dekabr 29-da Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” münasibəti ilə rayon tədbiri keçirilib.

Tədbirdə Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, millət vəkili Elman Məmmədov, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, məktəblilər, “Dağ Yəhudiləri” dini icmasının və “Tankçılar” ictimai birliyinin üzvləri, Qarabağ qaziləri iştirak edirdi.Vüsalə xanım Fətəliyeva tədbirdə çıxış edərək, rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun adından bütün şuşalıları qarşıdan gələn “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” münasibəti ilə təbrik etmiş, onlara fəaliyyətlərində müvəffəqiyyətlər arzulamışdır.

Tədbirdə “Dağ Yəhudiləri” dini icması Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovu  Albert Araqunovun xatirəsinə təsis edilən ordenlə təltif edib

.Tədbir Şuşa rayon Mədəniyyət Mərkəzinin, “Şuşanın dağları” xalq çalğı alətləri ansamblının və “Buta” rəqs birliyinin konsert proqramı ilə davam edib.

Bundan əlavə “Dağ Yəhudiləri” dini icmasının və “Tankçılar” ictimai birliyinin üzvləri Milli Qəhrəman Albert Aqarunov adına 1a sinfində olmuş, sinif rəhbəri Kəmalə Musayevaya ürək sözlərini çatdırmış və xatirə şəkli çəkdirmişlər.

 


Açar sözlər: