10.01.2020

Şagirdlərin oxu bacarıqları yoxlanılıb və öncəki bacarıqları ilə müqayisə olunub

Şuşa rayon 7 nömrəli tam orta məktəbdə dərs ilinin əvvəlində II siniflərdə oxu bacarıqları yoxlanılmışdır və normativləri yerinə yetirməkdə çətinlik çəkən şagirdlər olmuşdur.

Buna əsasən  məktəb rəhbərliyi tərəfindən şagirdlərin oxu bacarıqları yenidən yoxlanılıb və öncəki bacarıqları ilə  müqayisə olunub.

Şagirdlərin normalara uyğun oxu texnikasına yiyələndikləri müşahidə olunub.

Rəhbərlik tərəfindən şagirdlərə daha çox mütaliə etmələri tövsiyyə edilib.


Açar sözlər: ,  ,