23.01.2020

Vüqar Quliyev təhsil şöbəsi tərəfindən mükafatlandırılıb

Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında ölkəmizi təmsil edən məktəblilər arasında riyaziyyat fənni üzrə bürünc medala layiq görülmüş Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Vüqar Quliyev təhsil şöbəsi tərəfindən mükafatlandırılıb.

Eyni zamanda Vüqar Quliyev 2019-2020-ci illərdə keçirilən respublika fənn olimpiadalarının final mərhələsində riyaziyyat fənni üzrə “Qızıl medal” a layiq görülüb.

Rayonun təhsil işçiləri adından bir daha şagirdimizi təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.


Açar sözlər: ,