24.02.2020

Rayonun 1, 2, 3 və 12 nömrəli tam orta məktəb rəhbərlərinin hesabatı dinlənilib

Fevralın 22-də Bakıda yerləşən Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə rayonun 1, 2, 3 və 12 nömrəli tam orta məktəb rəhbərlərinin dərs ilinin prioritet fəaliyyət istiqamətləri üzrə Təhsil Nazirliyinin müvafiq əmrlərinin icra vəziyyəti ilə əlaqədar hesabat məruzələri dinlənilib.

Tədbirdə Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev, şöbənin əməkdaşları, ibtidai sinif, ana dili, riyaziyyat, ingilis dili və digər fənn müəllimləri iştirak edib.

Daha sonra təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev çıxış edərək hesabatlar barədə fikrini bildirib.

Çıxışının sonunda Təvəkkül Əliyev təhsil işçilərinə uğurlar arzulayıb.