25.02.2020

“Xocalı faciəsindən 28 il ötür” adlı tədbir keçirilib

Şuşa rayon Xankəndi şəhər 4 nömrəli tam orta məktəbdə “Xocalı faciəsindən 28 il ötür” adlı tədbir keçirilib.

Tədbirdə Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev, Xocalı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Xəlil Vəliyev, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri Şamil Sabiroğlu, Dünya və Qarabağ Həqiqətləri İctimai Birliyinin sədri  Valeh Hüseynov, əsirlikdə işgəncələrə məruz qalmış-Hüseynağa (Xocalı sakini), hər iki valideynini itirmiş Xatirə Mirzəyeva, aprel qazisi Hikmət Məmmədov və vətənpərvər idmançı Kamil Zeynallı iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şagirdlərin ifasında şeirlər, bayatılar səsləndirilib və Xocalı faciəsini əks etdirən səhnəciklər təqdim edilib.

Tədbir iştirakçıları Xocalı faciəsi barədə ətraflı məlumat veriblər.

Sonda şagirdlərin ifasında “And içirik” qəhrəmanlığa çağıran musiqi səsləndirilib.