27.02.2020

Qabaqcıl təcrübənin yayılması məqsədi ilə açıq dərs keçilib

Şuşa Rayon Təhsil Şöbəsi qabaqcıl təcrübənin yayılması məqsədi ilə 12 nömrəli tam orta məktəbdə açıq dərs təşkil edib.

Açıq dərsdə təhsil şöbəsinin əməkdaşları və bir qrup riyaziyyat  müəllimləri iştirak ediblər.

10 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi  Saleh İbrahimzadə 12 nömrəli tam orta məktəbin VII sinfində  “Müxtəsər vurma düsturları” mövzusunda keçirdiyi dərsdə şagirdlər fəallıq göstəriblər

Təqdim edilən dərs qonaqlar tərəfindən dinlənilib, sonra isə meyarlar üzrə qiymətləndirilərək müzakirəsi aparılıb.

            Gələcəkdə bu təcrübənin digər məktəblər ilə birgə həyata keçirilməsi nəzərdə tutulur.

Məqsəd tədrisin keyfiyyətinin artırılmasında rəqabətliliyin gücləndirilməsi, qabaqcıl müəllimlərin metodikasının öyrənilməsi və yayılması olub.