28.02.2020

Şuşa rayon Malıbəyli kənd  1 nömrəli tam orta məktəbdə 1mart-Beynəlxalq Mülki Müdafiə günü ilə əlaqədar tədbir keçirilib.  

Şuşa rayon Malıbəyli kənd 1 nömrəli tam orta məktəbdə 1 Mart- “Beynəlxalq Mülki Müdafiə günü” ilə bağlı olaraq X-XI sinif şagirdlərinin iştirakı ilə «Mülki Müdafiənin yaranma tarixi və koronovirus təhlükəsi» mövzusunda  açıq dərs keçilib.

Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Əkbər Hacıyev, rayonun ümümi təhsil məktəblərində çalışan hərbi rəhbərlər və digər qonaqlar iştirak edib.

 Məktəbin hərbi rəhbəri İlqar Məmmədovun hazırladığı açıq dərs qənaətbəxş qiymətləndirilib.


Açar sözlər: ,  ,  ,  ,  ,