04.03.2020

Məktəblilər arasında “Əsgərə salam” mövzusunda keçirilmiş müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Qaçqınlar və Məcburi  Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində “Əsgərə  salam” hərbi-vətənpərvərlik aksiyası çərçivəsində keçirilmiş futzal turnirinin ən yaxşıları və məktəblilər arasında inşa müsabiqəsinin qalibləri ilə görüş keçirilib.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev aksiyanın fəal iştirakçısı olan yeniyetmə və gəncləri salamlayıb, daha sonra yüksək vətənpərvərlik və bacarıqlarını nümayiş etdirdiklərinə görə onlara öz təşəkkürünü bildirib.

Müsabiqəyə Şuşa, Laçın, Kəlbəcər, Xocalı, Xocavənd, Xoşalı, Ağdam, Zəngilan, Füzuli və Cəbrayıl rayonlarının məktəblilərindən 41 iş göndərilib və İ mərhələdə rayon təhsil şöbələri, sonra isə Dövlət Komitəsində yaradılmış münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Şuşa rayon 9 nömrəli tam orta məktəbin IX sinif şagirdi Quliyeva Aysu Mahir qızı “Əsgərə salam” mövzusunda yazdığı inşa yazı işi müsabiqəsinin qalibi hesab edilmiş, Dövlət Komitəsi tərəfindən notbuk və digər hədiyyələrlə mükafatlandırılmışdır.


Açar sözlər: ,  ,  ,  ,