05.03.2020

Fənn olimpiadalarının yarımfinal mərhələsinin nəticələri məlum olub

 

Respublika fənn olimpiadalarının Respublika mərhələsinin yarımfinal nəticələri məlum olub.

Şuşa rayonu üzrə Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Quliyev Vüqar Əli oğlu riyaziyyat fənni üzrə Respublika mərhələsinin final turunda iştirak  etmək hüququ qazanıb.

Onu da qeyd edək ki, Vüqar Quliyev 2018-2019-cu tədris ilində də Respublika fənn olimpiadalarında  qızıl medala layiq görülmüşdür.

Şagirdimizə final turunda yüksək nəticələr əldə etməyi arzulayırıq.