28.04.2016

   Şuşa Rayon Təhsil Şöbəsinin əməkdaşları rayonun cəbhə xəttinə yaxın ərazidə yerləşən 21 nömrəli məktəbdə

   

             Şuşa  Rayon Təhsil Şöbəsinin əməkdaşları aprel ayında rayonun cəbhə xəttinə yaxın ərazidə-Ağdam rayonunun Mirzələr qış yatağında yerləşən 21 nömrəli ümumi orta məktəbdə olmuşlar.

          Məktəbin müəllim və şagird kollektivi ilə görüş zamanı 02-05 aprel tarixlərdə cəbhə xəttində baş verən hadisələrlə əlaqədar söhbətlər aparılmış, Milli Ordumuzun düşmən üzərində qazandığı qələbələrdən böyük ruh yüksəkliyi ilə bəhs edilmişdir.

         Görüş zamanı belə bir inam ifadə olunmuşdur ki, tezliklə ordumuz indi kənardan baxdığımız ərazilərimizi işğaldan azad edəcək və biz öz ata-baba yurdlarımıza geri dönərək, təhsilimizi orada davam etdirəcək, qurub-yaradacağıq.

             Məktəbin müəllimləri, şagirdləri, həmin ərazidə məskunlaşan əhali dövlətimizə, ordumuza güvəndiklərini, böyük Qələbənin tezliklə əldə olunacağına əmin olduqlarını bildirdilər.