28.04.2016

Şahmat  turniri.

Şuşa şəhər 1№li tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş şahmat turniri keçirilmişdir.

Turnirdə şahmat üzrə pilot məktəblərin 16 şagirdi iştirak etmişdir.

Turniri yarışın hakimi Nazim  Xudiyev açaraq iştirakçılara Heydər Əliyevin bədən tərbiyəsi və idmana göstərdiyi qayğıdan danışmışdır.

Yarış iştirakçıları oyun qaydaları ilə tanış oldular.

Püşk atma nəticəsində yarışa start verildi.

Yarışın qalibləri  Malıbəyli kənd 1 nömrəli  tam orta məktəbin şagirdləri oldu.

Belə ki, həmin məktəbin 6 nəfər  şagirdi  yarışın  Respublika  mərhələsində iştirak etmək  hüququ  qazandılar.

Yarışın sonunda  Şuşa Rayon Təhsil Şöbəsinin məsul işçisi Aynurə Məlikova qalibləri təbrik etdi və onlara gələcəkdə daha uğurlu idman nəticələri göstərməyi arzuladı.