02.06.2016

Müəllimlərin yerdəyişməsi üzrə elektron ərizələrin qəbuluna başlanılıb

Təhsil Nazirliyi respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqəyə başlayıb.

Ətraflı
26.05.2016

  Birincilərin sevinci

    24  may 2016-cı il tarixdə Şuşa şəhər  12№-li tam orta məktəbin I sinif şagirdlərinin  əlifba bayramı keçirilib.

Ətraflı
25.05.2016

Təmayül məktəblərin şəbəkəsi genişləndirilib

2016-2017-ci tədris ilindən Azərbaycanın 5 şəhər və  36 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

Ətraflı
24.05.2016

 Heydər Əliyev Mərkəzinə ekskursiya

       

       19 may 2016 – cı il tarixdə Xankəndi şəhər 4 nömrəli tam orta  məktəbin bir qrup şagird və müəllimləri Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Heydər Əliyev Mərkəzində ekskursiyada olublar.

Ətraflı
23.05.2016

Təhsil naziri Xırdalan şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov 26 may 2016-cı il tarixində saat 10:00-da Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Abşeron, Qubadlı, Zəngilan rayon və Sumqayıt şəhər sakinlərini qəbul edəcək.

Ətraflı
20.05.2016

Təhsil naziri Kolumbiya Respublikasının müvəqqəti işlər vəkilini qəbul edib

Mayın 20-də təhsil naziri Mikayıl Cabbarov Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Marta Qalinda Penyanı qəbul edib.

Ətraflı
20.05.2016

   Şuşa rayonunun ümumtəhsil məktəblərinin IX və XI siniflərində buraxılış imtahanlarına hazırlıq məqsədilə sınaq imtahanları keçirilib.

     Sınaq imimtahanlarının nəticələri məktəb rəhbərlərinin iştirakı ilə müzakirə olunub.

20.05.2016

Yeni layihə təqdim olunub

Mayın 19-da “British Council”, Təhsil Nazirliyi və BP Azərbaycan şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində  “İngilis dili müəllimlərinin və icma üzvlərinin ingilis dili bilik və bacarıqlarının artırılması layihəsi”nin təqdimat mərasimi keçirilib.

Ətraflı
20.05.2016

Respublika şahmat turnirinin zona yarışları

Ümumi təhsil məktəblərinin komandaları arasında Respublika şahmat turnirinin zona yarışlarına start verilib.

Ətraflı
19.05.2016

Təhsil naziri Rusiya Federasiyasının nümayəndə heyətini qəbul edib

Mayın 19-da təhsil naziri Mikayıl Cabbarov ölkəmizdə ikigünlük işçi səfərdə olan Rusiya Federasiyasının Müstəqil Dövlətlər Birliyi, Xaricdə Yaşayan Həmvətənlərlə İş və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin, eləcə də Təhsil və Elm Nazirliyinin rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib.

Ətraflı
18.05.2016

      Təhsil Nazirliyi tərəfindən hazırlanmış Ümumi Təhsil Müəssisələri üzrə İnformasiya Sisteminin fəaliyyətini təmin etmək barədə  18 may 2016-cı il tarixdə Şuşa Rayon Təhsil Şöbəsində ümumi təhsil müəssisələrinin rəhbərlərinin və ÜTMİS-ə cavabdeh olan şəxslərin iştirakı ilə müşavirə keçirilmişdir.

      

     Müşavirədə ÜTMİS-in fəaliyyətini təmin etmək məqsədilə bütün ümumi təhsil müəssisələri, həmin müəssisələrdə təhsil alan şagirdlər, orada işləyən pedoqoji, inzibati və tədris-köməkçi heyət barədə məlumatların sistemə daxil edilməsi ilə bağlı məktəb rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verilmişdir.

17.05.2016

   Əvvəlki  illərdə  Şuşa  rayonunun  ümumi təhsil  məktəblərində  oxuyub ümumi orta  və tam orta  təhsilini  bitirə  bilməyən şagirdlər  üçün  eksternat qaydasında  imtahanlar  keçirilmişdir.

    Şuşa  RTŞ- nin  müvafiq  əmri ilə ümumi orta və tam  orta  təhsil  proqramları  üzrə  eksternat  qaydasında  imtahanların  təşkili  və keçirilməsi  üçün  Şuşa  şəhər  1 nömrəli tam orta məktəb baza  məktəbi olaraq  müəyyən edilmişdir.

17.05.2016

    Şuşa şəhər 1 nömrəli tam orta  məktəbdə  “Vətən  tarixi” seminarı  keçirilib.

    “Vətən tarixi” seminarı respublikada  ilk dəfə olaraq Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə keçirilib.

17.05.2016

Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi

Mayın 17-də Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Ətraflı
16.05.2016

Azərbaycanlı məktəblilər ABŞ-da tarixi uğur qazanıb

ABŞ-ın Arizona ştatının Finiks şəhərində InteI ISEF – Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisi keçirilib.

Ətraflı