20.07.2016

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə qeydiyyat başlayıb

  Azərbaycan Respublikası Təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”nın təsdiqi barədə 17.07.2013-cü il tarixli, 739 №-li əmrinin tələblərinə müvafiq olaraq Şuşa Rayon Təhsil Şöbəsinin  tabeliyində olan məktəblərdə 6 yaşı cari ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olan uşaqların I sinfə qəbulu məqsədilə 20 iyul 2016-ci il tarixdən müsahibəyə  qeydiyyat başlanmışdır və bu proses avqust ayının 20-dək davam edəcəkdir.


Açar sözlər: ,  ,