20.06.2017

 Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə qeydiyyat başlayıb

 Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17 iyul 2013-cü il tarixli 739 nömrəli əmri ilə təsdiq edilmiş “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na və həmin qaydaların 8-ci bəndində edilmiş dəyişikliklərlə bağlı 03 mart 2017-ci il tarixli 128 nömrəli əmrinin tələblərinə müvafiq olaraq Şuşa Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumi təhsil məktəblərində 6 yaşı cari ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olan xüsusi istedadlı uşaqların I sinfə qəbulu məqsədilə 20 iyun 2017-ci il tarixdən şöbədə qeydiyyat başlamışdır.Ərizə qəbulu iyul ayının 20-dək davam edəcəkdir.

Uşaqların seçimi təhsil şöbəsində müəyyən edilmiş günlərdə avqust  ayının 10-dək həyata keçiriləcəkdir.