13.12.2017

 Eksternat imtahanları barədə elan                              

 

Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta təhsil səviyyəsini bitirə bilməyən vətəndaşlar üçün 09-10 yanvar 2018-ci il  tarixlərində eksternat qaydasında imtahanlar keçiriləcək.

Qeydiyyat və sənəd qəbulu dekabrın 10-dən 25-nə kimi (yalnız iş günləri saat 14:00-dan 17:00-dək) Şuşa Rayon Təhsil Şöbəsində aparılacaq.

Eksternat imtahanları Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə keçiriləcək.

Ərizələri ŞRTŞ tərəfindən qəbul edilmiş eksternlər 05 yanvar 2018-ci il tarixlində saat 10:00-dan 16:00-dək Şuşa şəhər 1 nömrəli tam orta məktəbdən (şəxsiyyət vəsiqələrini təqdim etməklə) imtahana buraxılış vərəqələrini əldə edə bilərlər.

Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

İmtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslinin gətirilməsi vacibdir.