05.04.2018

Eksternat imtahanları barədə elan

Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub tam orta təhsilini bitirə bilməyən şəxslər üçün 15-16 may tarixlərində eksternat qaydasında imtahanlar keçiriləcək.

Qeydiyyat və sənəd qəbulu 5-30 aprel tarixlərində (yalnız iş günləri saat 10:00-dan 18:00-dək) Şuşa Rayon Təhsil Şöbəsində aparılacaq.

Eksternat imtahanlarında uğur qazanmış şəxslər tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

İmtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslinin təqdim olunması vacibdir.