26.11.2018

Eksternat imtahanları barədə elan

Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta təhsil səviyyəsini bitirə bilməyən şəxslər üçün 25-26 dekabr tarixlərində eksternat qaydasında imtahanlar keçiriləcək.

Qeydiyyat və sənəd qəbulu 26 noyabr-14 dekabr tarixlərində (yalnız iş günləri saat 14:00-dan 17:00-dək) Şuşa Rayon Təhsil Şöbəsində (ŞRTŞ) aparılacaq.

Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

Ərizələri ŞRTŞ tərəfindən qəbul edilmiş eksternlər 20-21 dekabr 2018-ci il tarixlərində saat 10:00-dan 16:00-dək Şuşa şəhər 12 nömrəli tam orta məktəbdən (şəxsiyyət vəsiqələrini təqdim etməklə) imtahana buraxılış vərəqələrini əldə edə bilərlər.

İmtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslinin təqdim olunması vacibdir.