Azərbaycan Respublikası təhsil nazirinin müavini hörmətli Məhəbbət xanım Vəliyevanın iştirakı ilə “Ümumi təhsil müəssisələrində 2019-2020-ci dərs ilinin yekunları və növbəti tədris ilinə hazırlıq “mövzusunda videokonfrans formatında keçirilmiş ümumrespublika müşavirəsində rayon təhsil şöbələri qarşısında qoyulmuş məsələlərin icrası məqsədilə 07.07.2020-ci il tarixdə Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev onlayn qaydada geniş müşavirə keçirib. Müşavirədə təhsil şöbəsinin əməkdaşları, 21 məktəb direktoru və 18 təlim- tərbiyə işləri üzrə direktor müavinləri iştirak ediblər. Müşavirədə Təvəkkül Əliyev çıxış edərək 2019-2020-ci dərs ilində görülmüş işlər, əldə edilmiş uğurlar və pandemiyanın yaratdığı çətinliklər, “Virtual məktəb”dəki yeniliklər haqqında məlumat verib. Yaranmış vəziyyətdə şagirdlərin təhsildən uzaqlaşmamaları üçün müəllimlərin əksəriyyətinin fədakarlığından söz açan RTŞ müdiri “Virtual məktəb” layihəsində dərs demiş müəllimlərin şöbə tərəfindən “Təşəkkürnamə” ilə təltif olunmalarından, dərs bölgüsü aparılarkən məktəblərdə yaranacaq yeni dərs saatlarının onlara veriləcəyindən, bir sözlə həmin müəllimlərin bundan sonra da diqqətdə saxlanılacağını qeyd etmişdir.
Nailiyyətlərdən söz açan RTŞ müdiri Beynəlxalq və Respublika səviyyəli fənn olimpiadalarında Malıbəyli kənd 1 nömrəli məktəbin məzunu Vüqar Quliyevin 1 qızıl, 2 gümüş, 2 bürünc medal almasını, “Virtual əlaçı” onlayn müsabiqəsində 3 şagirdimizin Respublika birincisi olmasını, 3 nömrəli tam orta məktəbin kimya müəllimi Rüstəmova Günay Şahin qızının IV qrant layihəsində qalib olmasıını vurğulamış, ötən dövrdə yaranmış çətinliklərə seyrçi mövqedə olan fənn müəllimlərini bu prosesə qoşulmalarını, məktəb rəhbərlərinin özlərinin “Virtual məktəb” layihəsində fəallıq göstərərək müəllimlərə nümunə göstərmələrini tövsiyyə etmişdir. Bununla yanaşı cari məsələlər də müzakirə olunmuş yeni tədris ilinə hazırlıqla bağlı mövcud vəziyyətə uyğun görüləcək işlər ilkin olaraq planlaşdırılmışdır.Sonda videokonfrans iştirakçılarının sualları cavablandırılıb, həmçinin yay tətili ərzində müxtəlif mövzulu virtual müşavirələrin keçirilməsi qərara alınıb.