12.11.2020

Microsoft Teams proqramı vasitəsilə Şura iclası keçirilib

12 noyabr 2020-ci il tarixdə Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyevin iştirakı ilə Microsoft Teams proqramı vasitəsilə Şura iclası keçirilib.

Şurada ilk növbədə Təvəkkül Əliyev bizə bu sevinci-Şuşanın qələbəsini, həmçinin 10 noyabr 2020-ci il tarixdə qələbə sevincini yaşadan cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Şanlı Ordumuza minnətdarlığını bildirib və ürəkdən təbrik edib. Bildirib ki, ordumuz xalqımıza heç vaxt unudulmayacaq tarixi anlar və böyük qürur hissi yaşadıb, artıq biz qalib xalqıq. Yaşasın şanlı Azərbaycan Ordusu!

Daha sonra şurada məsafədən tədris prosesinin təşkili və mövcud vəziyyəti əks etdirməsinə köməklik göstərəcək hesabat xarakterli məlumatların  qeyd olunan email ünvanına gündəlik göndərilməsini təmin etmələrini məktəb rəhbərlərinin nəzərinə çatdırılıb.


Açar sözlər: ,  ,