18.11.2020

Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı ən çox verilən suallar və onların cavabları

Sual: Şagird yerdəyişməsi prosesinin elektronlaşdırılmasında məqsəd nədir?

Cavab: Elektron xidmətin yaradılmasında məqsəd ümumi təhsil müəssisələrində şagird kontingentinin sabit saxlanılmasına, şagirdlər haqqında statistik hesabatların dəqiq və optimal göstəricilər əsasında formalaşdırılmasına nail olmaq, icbari təhsilin yerinə yetirilməsinə rəhbərlik və nəzarəti gücləndirmək, həmçinin vətəndaş məmnuniyyətini təmin etməkdir.

            Sual: Elektron yerdəyişmə üçün hansı sənədlər tələb olunur?

Cavab: Azərbaycan Respublikasının vətəndaşları üçün sistemdə qeydiyyat şəxsiyyət vəsiqəsinin FİN kodu, xarici ölkənin vətəndaşları üçün isə miqrasiya sənədinin seriya nömrəsi əsasında aparılır. Qeydiyyat mobil telefona göndərilən SMS vasitəsilə təsdiq olunur. Uşaqla bağlı məlumatların sistemə əlavə edilməsi üçün şəxsiyyət vəsiqəsinin FİN kodu və ya UTİS (Ümumi təhsil müəssisələrinin informasiya sistemində şagirdə məxsus unikal kod)  kodu tələb olunur.

Sual: Şagirdin UTİS kodunu necə əldə etmək olar?

Cavab:Valideyn (qanuni nümayəndə) şagirdin təhsil aldığı məktəbə müraciət etməklə UTİS kodunu ala bilər.

Sual: Şagirdlərin elektron yerdəyişmə prosesi hansı mərhələlərdən ibarətdir?

Cavab:

 1. Qeydiyyat

2. Valideyn tərəfindənövladının yerdəyişməsi üçün seçdiyi məktəbəelektron sorğu yerləşdirmək

 3. Yerdəyişmə üçün sorğu verilən məktəb tərəfindən sorğunun təsdiqi

4. Şagirdin çıxdığı məktəb tərəfindən sənədlərin verilməsi

 5. Şagirdin getdiyi məktəb tərəfindən sənədlərin qəbulu

 

Sual: Qeydiyyat mərhələsi necə həyata keçirilir?

Cavab: Övladını digər məktəbə dəyişmək istəyən valideyn (digər qanuni nümayən­də), ilk növbədə, www.sy.edu.az portalına daxil olaraq elektron sistemdə şəxsi kabinet yaratmalı və övladını qeydiyyatdan keçirməlidir. Vətəndaş şəxsiyyət vəsiqəsinin FİN kodunu (xarici ölkənin vətəndaşları miqrasiya sənədinin seriya nömrəsini) daxil etdikdən sonra əldə olunmuş məlumatları təsdiq edir, daha sonra istifadə etdiyi mobil nömrəni qeyd edir. Mobil nömrəyə daxil olan SMS-də göstərilmiş təsdiq kodunu müvafiq açılan pəncərəyə daxil edir və qeydiyyat tamamlanır. Valideyn FİN və ya UTİS kodu ilə övladının qeydiyyatını tamamlayır.

Sual: Valideyn tərəfindənövladının yerdəyişməsi üçün seçdiyi məktəbə elektron sorğu yerləşdirmək mərhələsi necə həyata keçirilir?

Cavab: Qeydiyyat mərhələsi tamamlandıqdan sonra valideyn (digər qanuni nümayəndə) övladını dəyişmək istədiyi məktəbdə tədris dili, xarici dil, təmayül istiqaməti uyğun gəldikdə müvafiq qruplar və siniflər üzrə boş yerə elektron sorğu yerləşdirir.

Bundan sonra elektron sistemdə şagirdin yerdəyişməsi barədə əvvəl oxuduğu məktəbə avtomatik bildiriş göndərilir.

Sual: Yerdəyişmə üçün sorğu verilən məktəb tərəfindən sorğunun təsdiqi mərhələsi necə həyata keçirilir?


Açar sözlər: ,  ,