2020-ci ilin dekabr ayında rayonun 3, 8, 19 və 20 nömrəli məktəblərində onlayn vasitəsilə Azərbaycanın görkəmli yazıçı dramaturqu, pedaqoq, ədəbiyyatşünas,əməkdar incəsənət xadimi Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyi münasibətilə tədbirlər keçirilib.
Tədbir iştirakçıları tərəfindən görkəmli teatr təşkilatçısı və Azərbaycanın ilk peşəkar rejissoru sayılan Əbdürrəhim bəy Haqverdiyevin həyat və yaradıcılığı geniş təhlil olunub, onun Şuşa şəhərində yerləşən evi ilə bağlı fikirlərini şagirdlərlə bölüşüblər. 8 nömrəli məktəbin V sinif şagirdi Murad Abbaszadənin iştirakı ilə virtual səhnəcik də təşkil olunub.