19.01.2021

"20 Yanvar Qürur günümüzdür!"

           Şuşa rayon 11 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Dilbər Əliyeva  IIa sinfi ilə birlikdə virtual qaydada "20 Yanvar Qürur günümüzdür!" adlı tədbir keçirib.Tədbirdə Qarabağ Qazisi, hərbi qulluqçu Kamil Musavi, müəllimlər, şagirdlər və valideynlər iştirak edib.

         Tədbirin ilk dəqiqəsində şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib. Qarabağ qazisi Kamil Musavi mövcud vəziyyətlə bağlı öncə öz fikirlərini paylaşıb, daha sonra hərbi xidmətdə oldugu zamanlardan danışıb.

            Tədbirdə məktəbin şagirdləri qəhrəmanlarımızın ruh dünyası ilə səsləşən şeirlər söyləyiblər.