21.01.2021

Məktəbdaxili qiymətləndirmənin müvəqqəti qaydaları barədə videogörüş keçirilib

            21 yanvar 2021-ci il tarixində Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev şöbənin əməkdaşları və məktəb rəhbərlərinin iştirakı ilə xüsusi karantin rejimi dövründə məktəbdaxili qiymətləndirmənin müvəqqəti qaydaları barədə videogörüş keçirib.

            Microsoft Teams vasitəsilə keçirilən görüşün məqsədi xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkilinə dair Təhsil Nazirliyi Kollegiyasının qərarı ilə “Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası” barədə məktəb rəhbərlərini maraqlandıran sualları cavablandırmaq olub.