15.02.2021

"Zərərli vərdişlərə birlikdə qalib gələk və Siber zorbalık" adlı seminar keçirilib.

12 fevral 2021 tarixdə Şuşa rayon 7 nömrəli tam orta məktəbin psixoloqu Qönçə Şəfiyevanın təşkilatçılığı ilə Microsoft Teams proqramı vasitəsilə "Zərərli vərdişlərə birlikdə qalib gələk və Siber zorbalık" adlı seminar keçirilib.

Seminarda Türkiyənin tanınmış psixoloqu Psikolojik danışman Gizem Avcı, təhsil şöbəsinin əməkdaşları, məktəb rəhbərləri, psixoloqlar, müəllim və şagirdlər iştirak edib.

 Psixoloq Qönçə Şəfiyeva Zərərli vərdişlərin insan orqanizminə təsirlərindən və ondan qurtulma yollarından, Psixoloq Gizem Avcı isə sosial şəbəkələrin zərərli və faydalı tərəflərindən, siber zorbalıkdan bəhs edib.

Psixoloqlara ünvanlanan suallar ətraflı cavablandırılıb.

Sonda Şuşa Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Ceyhun Məmiyev, 7 nömrəli tam orta məktəbin direktoru Elçin Dadaşov və təlim-tərbiyə işləri üzrə direktor müavini Xəyalə Novruzova  dəyərli fikirlərini və təşəkkürlərini bildiriblər.