16.02.2021

Fənn olimpiadalarının birinci mərhələsinin nəticələri açıqlanıb

        10-12 fevral 2021-ci il tarixlərində keçirilən Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb. Nəticələrə əsasən, olimpiadaların respublika mərhələsinin yarımfinal turunda iştirak edəcək şagirdlərin siyahısı ilə  www.olimpiada.edu.az saytından tanış olmaq mümkündür.

        Növbəti mərhələyə qeydiyyat 24-28 fevral 2021-ci il tarixlərində www.olimpiada.edu.az saytı vasitəsilə aparılacaq.  

            Qeyd edək ki, Respublika Fənn Olimpiadaları  “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.