18.02.2021

Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalmış Pərviz Məmmədovun ailəsi ziyarət edilib

             Şuşa şəhər 18 nömrəli tam orta məktəbin direktoru Coşqun Babayev  pedaqoji kollektivi ilə birlikdə məktəbin məzunu Vətən Müharibəsində şəhidlik  zirvəsinə ucalmış  Pərviz Məmmədovun ailəsini ziyarət ediblər.

            Şəhidin atası Şakir Məmmədov övladının uşaqlıq illərindən söhbət açıb. Həmçinin məktəbin direktoru Coşqun Babayev də söhbətə qoşularaq Pərvizin tərbiyəli, vətənpərvər bir şagird olduğunu xüsusi qeyd edib.


Açar sözlər: ,  ,