20.02.2021

Şuşa rayonunun ümümtəhsil məktəblərində Beynəlxalq Ana Dili Günü qeyd olunub

         Şuşa rayonunun ümumtəhsil məktəblərində 21 fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş onlayn formada tədbirlər keçirilib.

            Tədbirlərdə məktəb direktorları, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.

          Azərbaycan dilinin zənginliyi, ahəngdarlığı və tarixi kökləri barədə danışan tədbir iştirakçıları həm nitqimizdə, həm də yazılarımızda ədəbi dilin normalarına riayət etməyin hər kəsin mənəvi borcu olduğunu diqqətə çatdırıblar.

           Keçirilən tədbirlərdə şagirdlər ana dilimizə həsr edilən şeirlər, kəlamlar, mahnılar söyləyib, doğma dilimizə sevgi hisslərinin əks olunduğu ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.


Açar sözlər: ,  ,  ,  ,