25.02.2021

Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümü ilə əlaqədar olaraq silsilə tədbirlər keçirilir

          Şuşa rayonunun ümumi təhsil məktəblərində Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümü ilə əlaqədar olaraq əyani və onlayn formada silsilə tədbirlər keçirilir.

            Tədbirlərdə Xocalı sakinləri, təhsil şöbəsinin əməkdaşları, pedaqoji kollektivlər, şagirdlər və valideynlər iştirak edirlər.

            Şagirdlərin ifasında şeirlər, bayatılar səsləndirilir və Xocalı faciəsini əks etdirən səhnəciklər təqdim edilir.

            Tədbir iştirakçıları şagirdlərə Xocalı faciəsi barədə ətraflı məlumat verirlər.


Açar sözlər: ,  ,  ,  ,