27.02.2021

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş buraxılış imtahanlarının nəticələri barədə Microsoft Teams proqramı vasitəsilə müşavirə keçirilib

    27 fevral 2021-ci il tarixdə Şuşa Rayon Təhsil Şöbəsində rayonun ümumtəhsil məktəblərində ümumi orta təhsil (IX sinif) pilləsi üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş buraxılış imtahanlarının nəticələri barədə Microsoft Teams proqramı vasitəsilə müşavirə keçirilib.

     Müşavirədə təhsil şöbəsinin əməkdaşları, məktəb direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri iştirak edib.

    RTŞ-nin müdiri Təvəkkül Əliyev hər bir məktəb üzrə imtahanın nəticələrini ötənilki göstəricilərlə müqayisəli şəkildə təhlil edib, qazanılmış uğurları və yol vermiş nöqsanları tədbir iştirakçılarının nəzərinə çatdırıb. Zəif nəticə göstərmiş məktəb rəhbərləri çıxış edərək yol vermiş nöqsanların aradan qaldırılması üçün təcili tədbirlər görəcəyini bildiriblər.

    Müşavirənin sonunda (pandemiyaya qarşı aparılan vaksinasiya barədə, növbəti tədris ili üçün dərslik proqnozu barədə və s.) cari məsələlər müzakirə edilib.


Açar sözlər: ,  ,