26.02.2021

Şuşa rayonunun ümumi təhsil müəssisələrində Xocalı faciəsi anılıb

    Fevralın 26-sı Şuşa rayonunun ümumi təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr edilib.

    Müəllimlər dərs zamanı Xocalının tarixi, faciədən əvvəl əhalinin sayı və tərkibi, iqtisadi göstəriciləri, təhsil, səhiyyə, mədəniyyət ocaqları, tarixi-mədəni abidələri, görkəmli şəxsiyyətlərindən söhbət açıblar. 

    Daha sonra şagirdlərin Xocalı faciəsi ilə bağlı fikirləri dinlənilib, müvafiq mövzu ətrafında müzakirələr aparılıb, Vətənə, topağa aid şeirlər səsləndiriblər.

     Həmçinin ümumi təhsil məktəblərində Xocalı faciəsinə dair rəsm müsabiqəsi də  təşkil edilib.


Açar sözlər: ,  ,  ,  ,