Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə şagirdlərə vətənpərvərlik ruhunun aşılanması məqsədilə VIIa nümunəvi sinfinə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Pərviz Məmmədovun adı verilib. Həmin sinfin şagirdləri bu adı doğrultmağı özlərinə bir vəzifə, mənəvi borc bildiklərini qeyd ediblər.
Qeyd edək ki, Pərviz Məmmədov Şuşa şəhər 18 nömrəli tam orta məktəbin məzunu olub.