02.03.2021

"Hər kəs bilsin, həyat davam etsin" adlı tədbir keçirilib

        Şuşa rayon 6 nömrəli tam orta məktəbdə biologiya müəllimi Ziyarət Məmmədovanın təşkilatçılığı ilə "Hər kəs bilsin, həyat davam etsin" adlı tədbir keçirilib.

        Tədbirdə pedaqoji kollektiv, valideyn və IX sinif şagirdləri iştirak edib.

    Tədbir iştirakçıları şagirdlərə siqaretin, alkoqolun, narkomaniyanın həyatımıza və ətrafımızdakı insanlara vurduğu zərər, fəsadları, narkomaniya və alkoqol asılılığı ilə mübarizənin yolları haqqında məlumat veriblər.


Açar sözlər: ,  ,  ,  ,