18.03.2021

"Nizami Gəncəvi planetinin kəşfi" adlı tədbir keçirib

      Şuşa rayon 10 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Zərifə İbrahimova dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planına uyğun olaraq ensiklopedik zəka sahibinin bəşəriyyətin bədii fikir salnaməsində parlaq səhifə açmış, bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə müsbət təsir edən, hələ də sirləri tam açılmamış əsərlərindəki coğrafi motivlərə həsr olunmuş "Nizami Gəncəvi planetinin kəşfi" adlı tədbir keçirib.

      Tədbirdə coğrafiya və ədəbiyyat fənlərinin fəal inteqrasiyası yaradılmış və dahi mütəfəkkirin öz dövrünü çox qabaqlayan coğrafi fikirləri müzakirə edilib.

      Dahi mütəfəkkirin "Xəmsə"sinin tədqiqatçılarının hələ orta məktəb illərindən yetişdirilməsinin vacibliyi diqqətə çatdırılıb.


Açar sözlər: ,  ,  ,  ,