05.04.2021

Ziya Səfərzadə mahnı nominasiyasında 15-17 yaş qrupu üzrə I yerə layiq görülüb

Yeniləşən Dövlətə Dəstək İçtimai Birliyinin Qarabağ bölgə təşkilatı və Bərdə rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkil etdiyi "Qarabağ evimizdir" adlı online Respublika müsabiqəsi sona çatıb.

Şuşa şəhər 1 nömrəli tam orta məktəbin X sinif şagirdi, həmçinin Şuşa rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvü Ziya Səfərzadə mahnı nominasiyasında 15-17 yaş qrupu üzrə I yerə layiq görülüb.

Ziya Səfərzadəyə təhsil işçiləri adından bol-bol uğurlar arzulayırıq.


Açar sözlər: ,  ,  ,